XİN-dən ATƏT-in Yerevan ofisinin bağlanmasına reaksiya

XİN-dən ATƏT-in Yerevan ofisinin bağlanmasına reaksiya
"ATƏT-in Yerevan ofisinin bağlanması ilə bağlı qərar ondan irəli gəlir ki, Ermənistan rəhbərliyi ona ünvanlanan təkliflərə razılıq verməyib.

Təkliflər isə Azərbaycanın legitim narazılıqlarına əsaslanırdı. Biz ATƏT tərəfindən müəyyən zəmanətlər tələb etmişdik ki, Yerevan ofisi öz fəaliyyətini yalnız Ermənistanın öz ərazisizi çərçivəsində həyata keçirsin, bu fəaliyyət Azərbaycanın işğal altındakı ərazilərinə şamil olunmasın”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

"Azərbaycanın digər tələbi ondan ibarət idi ki, ATƏT-in Yerevan ofisində heç bir sahədə Ermənistan-Azərbaycan münaqişəsi məsələlərinə, onun həlli istiqamətində görülən işlərə, bu fəaliyyətlərin siyasi, hərbi, iqtisadi aspektlərinə toxunulmasın.

Bu iki məsələ qaldırılmışdı və nəticə olaraq Avstriya sədrliyi müəyyən dəyişiklik etdi və təkliflər verdi. Lakin Ermənistan tərəfi buna razılıq vermədi. Avstriya və ATƏT-in digər üzvləri bizim narazılıqları qəbul edərək belə qərara gəldilər ki, bu halda Yerevan ofisi fəaliyyətini davam edə bilməz.

Beləliklə, bağlanma prosesi başlayıb. 3 ay ərzində proses başa çatdırılmalıdır”, - deyə A. Əzimov söyləyib.



www.ann.az

Xəbər lenti