“Xəmsə” milli intellektual oyun üzrə Dünya Çempionatı keçiriləcək

“Xəmsə” milli intellektual oyun üzrə Dünya Çempionatı keçiriləcək

2013-cü il dekabrın 6-7-də Bakının “Kempinski-Badamdar” otelində 13 ölkədən 16 komandanın iştirakı ilə “Xəmsə” milli intellektual oyun üzrə Dünya Çempionatı keçiriləcəkdir.

“Xəmsə” milli intellektual oyun üzrə ilk Dünya Çempionatında Latviyadan, Almaniyadan, İsraildən, Belorusiyadan, Rusiyadan, Ukraynadan, Özbəkistandan, Qazaxıstandan, Türkmənistandan, Gürcüstandan, Moldovadan, Estoniyadan olan milli birincilik üzrə komandalar və habelə Azərbaycan çempionatının birinci yerləri tutmuş komandaları iştirak edəcək.

Çempionat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” tərəfindən keçiriləcək.

ANN.Az

Xəbər lenti