Xalça Muzeyində əməkdar rəssamın sərgisi açılıb

Xalça Muzeyində əməkdar rəssamın sərgisi açılıb
Azərbaycan Xalça Muzeyində Azərbaycanın əməkdar rəssamı İnna Kostinanın "Təsadüf” adlı fərdi sərgisi açılıb. APA-nın məlumatına görə, sərgidə 48 ədəd batika nümunəsi təqdim olunub.
 
Açılış mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA müxbir üzvü Ərtəgin Salamzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Afaq Məmmədova sərgi ilə bağlı öz təəssüratlarını bölüşüblər.
 
İnna Kostina sərginin təşkilinə görə muzeyə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, sərgi mayın 2-dək davam edəcək.

www.ann.az

Xəbər lenti