Xaçmazda kütləvi məzarlıq tapıldı - FOTO/VİDEO

Xaçmazda kütləvi məzarlıq tapıldı - FOTO/VİDEO
Xaçmaz rayonunda dəniz kənarında göbələk yığan şəxslər kütləvi məzarlıq aşkar edib.

Ann.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kiçik Baraxum kəndində qeydə alınıb.

Belə ki, kənddən 1 kilometr məsafədəki qumluq sahədə, Xəzər dənizinə yaxın ərazidə beş nəfərin sümükləri aşkarlanıb.  

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı üzrə ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev "Report"un şimal bürosunun müxbirinə bildirib ki, həmin sümüklərə baxış keçirmədən onların hansı dövrə aid olmasını demək çox çətindir. 

Qəhrəman Ağayev "Bu insan sümükləri ermənilərin törətdiyi qətliamda öldürdüyü dinc insanların sümükləri ola bilərmi? Yerli sakinlər bunun ermənilərin qətlə yetirdiyi insanların sümükləri olduğunu ehtimal edir, bu mümkündürmü?" - sualına cavabında da sümüklərə baxmadan nəsə deməyin mümkün olmadığını söyləyərək "ola bilər" - deyib. O, bunun üçün Azərbaycan Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna təcili olaraq müraciət eləməyi tövsiyə edib.

Qeyd edək ki, Xaçmaz rayonunda dəniz kənarında göbələk yığan şəxslər kütləvi məzarlıq aşkar edib.

 







www.ann.az

Xəbər lenti