Wi-Fi vasitəsilə şifrələri ələ keçirmək mümkündür - VİDEO-FOTO

Wi-Fi vasitəsilə şifrələri ələ keçirmək mümkündür - VİDEO-FOTO
Bir sıra universitetlərin mütəxəssisləri Wi-Fi vasitəslə şifrə və ya PIN kodun necə əldə olunduğu üsulunu göstəriblər.

ANN.Az technote.az-a istinadən bildirir ki, şifrənin və ya digər vacib məlumatın əldə olunması üçün cihazın proqram təminatını hak etməyə ehtiyac yodur. Lazım olan tək şey qurbandan 1.5 metr aralıda olmaq və onun qoşulduğu Wi-Fi şəbəkəsinə qoşulmaqdır. Şifrəni yığan zaman telefona toxunuş sayəsində Wi-Fi siqnallarının pozulması baş verir. Bu cür qısamüddətli pozulmaları aşkar etmək olar. Bu cür hücum növü WindTalker adlanır. Bu halda ictimai şəbəkə üzərindən deyil, saxta giriş şəbəkəsindən işləmək daha rahatdı. Bu zaman hansısa şəxsin şifrə yığdığı zaman həmin şifrəni tutmaq daha da asanlaşır.

Giriş şəbəkəsinə qoşulmuş snifer minimum məlumatı analiz edir və istifadəçinin hansı növ şifrəni yığdığını dəqiqliklə söyləyir. WindTalker, həmçinin giriş şəbəkəsi ilə smartfon arasındakı stabil trafik axınını da generasiya edir. Saniyədə 10-larla kbit sürət zamanı trafik nəzərə çarpmır. Lakin o, aşkar olunmaq ehtimalını yüksəldir. Bu hak olunma üsulunun orta dəqiqliyi 68.3% təşkil edir. Lakin bu sistem təkmilləşdirilsə dəqiqlik 81.7% təşkil edəcək. Bu cür hücumlara istifadəçilər özləri deyil, proqram təminatı yaradıcıları müqavimət göstərə bilərlər. Tələb olunan, şifrədəki simvolları standart olmayan ardıcıllıqla yerləşdirməkdir. Bu zaman əl hərəkətlərini aşkar etmək mümkün olacaq, lakin şifrələri müəyyən etmək qeyri-mümkün olacaq.
 




www.ann.az

Xəbər lenti