Ukraynada hərbi bazada partlayış: 24 min insan təxliyə edildi

Ukraynada hərbi bazada partlayış: 24 min insan təxliyə edildi
Ukraynanın Vinnitsa əyalətinin Kalinivka rayonunda yerləşən hərbi bazasında güclü partlayış olub.

ANN.Az xarici KİV-ə istinadən xəbər verir ki, Kiyev yaxınlığında yerləşən rayonda məskunlaşan 24 min insan təxliyə edilib. Partlayış silah-sursat anbarında baş verib. 1 nəfərin yaralandığı bildirilir. 

Ukraynanın baş naziri Vladimir Qoroysman hadisə yerində olub və partlayışda xarici faktorlarının rolunun olduğunu bildirib.

Bölgənin hava sahəsi bağlanılıb və hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

Məlumatda 188 min tonluq silah sursat olduğu deyilən anbarda bir sıra "Smerç", "Uraqan" və "Qrad" raketlərinin olduğu da yer alıb.

Qeyd edək ki, mart ayında Ukraynanın Xarkov şəhəri yaxınlığında yerləşən ən böyük hərbi bazasında da yanğın olmuş və minlərlə insan yaşadıqları bölgədən təxliyə edilmişdi.

Bütün bu hadisələrin xarici qüvvələr tərəfindən ölkənin müdafiə sisteminə zərbə vurmaq üçün atılan addımlar olduğu iddia edilir.
 


www.ann.az

Xəbər lenti