Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitinin olduğu avtomobil partladılıb - FOTOLAR + VİDEO

Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitinin olduğu avtomobil partladılıb - FOTOLAR + VİDEO
Kiyevdə hərbçinin ölümü ilə nəticələnən hadisə terrordur.

"Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyi kommunikasiya idarəsinin direktoru Artyom Şevçenko bildirib.

Onun sözlərinə görə, hadisə ilə "terror hadisəsi” maddəsi ilə cinayət işi açılıb. 
Direktor əlavə edib ki, partlayış nəticəsində ölən şəxs 1978-ci il təvəllüdlü, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xüsusi təyinatlı dəstəsinin rəhbəridir.
Hadisə nəticəsində yaralanan iki nəfər yoldan keçən təsadüfi sakinlər olub.
 

.az

Xəbər lenti