Ukrayna “8 Mart”dan imtina edir

Ukrayna “8 Mart”dan imtina edir
Ukraynada 8 Mart - Beynəlxalq Qadınlar Gününün qeyd olunmaması təklif edilir.

ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə Trend Ukrayna mediasına istinadən məlumat verir.

Məlumata əsasən, sovet təsirini tam aradan qaldırmaq istəyən Ukraynanın Beynəlxalq Xatirə İnstitutunun hazırladığı qanun layihəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü rəsmi bayram statusunu itirib.

İnstitutun direktoru Vladimir Vyatroviç bildirib ki, 9 May - Qələbə Gününu heç kim ləğv edə bilməz:

"Lakin bu tarixi günün əvəzinə, 8 May - Xatirə və Barışıq Günü qeyd olunacaq. 8 Mart - Qadınlar Günü kimi qeyd edilsə də, adi iş günü olacaq”

www.ann.az

Xəbər lenti