UEFA “Qarabağ”ın oyununu almanlara tapşırdı

UEFA “Qarabağ”ın oyununu almanlara tapşırdı
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Roma” - "Qarabağ” oyununa təyinatlar açıqlanıb. Ann.az xəbər verir ki, UEFA qarşılaşmanı alman hakimlərə tapşırıb.
 
Görüşün baş hakimi Tobias Stilier olacaq. Ona yan xəttdə Mayk Pikel və Yan Seydel kömək edəcək. Dördüncü hakim funksiyasını Kristian Cittelmann yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Bastian Dankert və Harm Osmers olacaq. 
 
Qeyd edək ki, "Roma” - "Qarabağ” oyunu dekabrın 5-də keçiriləcək və saat 23.45-də start götürəcək.


www.ann.az

Xəbər lenti