Türkmənistan prezidenti Azərbaycana səfər edib – FOTOLAR + YENİLƏNİB

Türkmənistan prezidenti Azərbaycana səfər edib – FOTOLAR + YENİLƏNİB
Avqustun 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

ANN.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
 
11:28 

ANN.Az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Q. Berdiməhəmmədovu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi.

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan prezidentinə raport verdi.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkmənistan prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Türkmənistan prezidentləri rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
 











www.ann.az

Xəbər lenti