Türkiyənin tanınmış qəzeti "Qarabağ" azarkeşlərini təhqir etdi

Türkiyənin tanınmış qəzeti
Türkiyənin "Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib.

ANN.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bununla bağlı o  "Ezik kareoqrafi"  adlı köşəsində  tərəfdarların A4 kağızına "Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırıb. 

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub.  Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib. 

Məsələ ilə bağlı qəzetin redaktoru Azxeber.com saytına açıqlama verib. Baş redaktor İsa Tatlıcan  qeyd edib ki, yazı saytdan silinib: "Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib".

O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib: "Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz".

Millət vəkili Qənirə Paşayeva da sosial şəbəkədə yazarın sözügedən köşəsini qınayıb.
 


www.ann.az

Xəbər lenti