Türkiyədə təyyarə qəzaya uğradı: tələbə pilot öldü (FOTO/VİDEO)

Türkiyədə təyyarə qəzaya uğradı: tələbə pilot öldü (FOTO/VİDEO)
Türkiyədə Qaziantep Universitetinin Hava və Kosmos Elmləri Fakültəsinin təcrübə təyyarəsi qəzaya uğrayıb.

ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Adıyaman şəhərinin Besni rayonunda yerli vaxtla saat 08:30-da baş verib. Qəzadan öncə təyyarədən özünün atan universitetin tələbə pilotu həyatını itirib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Əraziyə cəlb olunan FHN əməkdaşları hadisə yerində və yaxınlıqda ikinci pilotun olub olmadığına dair axtarış aparırlar.

Universitetin rektoru professor Ali Gür bu gün səhər saatlarında Qaziantep Hava Limanından 2 təcrübə təyyarəsinin havalandığını bildirib. O, ikinci təyyarədə heç bir problemin olmadığını söyləyib.

Faktla bağlı araşdırmalar aparılır.






www.ann.az

Xəbər lenti