Türkiyədə lirə kəskin ucuzlaşıb

Türkiyədə lirə kəskin ucuzlaşıb
Türkiyədə dolların lirəyə nisbətdə məzənnəsi günə 4,14 lirədən başlayıb. 

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, dünən birjalarda dollar/lirə məzənnəsi 4.1934 lirə təşkil edib.

Lakin günün sonuna dolların "hərarəti” düşüb və 4,13 lirə olub. 

Qeyd edək ki, qlobal bazarlarda çalxalanmaya ABŞ-ın Rusiya şirkətlərinin borcları ilə bağlı sanksiyalar tətbiq edəcəyinə dair bəyanatları səbəb olub. 

Avronun lirəyə qarşı məzənnəsinə gəlincə, 5.1322 lirə təşkil edir. 

www.ann.az

Xəbər lenti