Türkiyə XİN ölkə vətəndaşlarına Dağlıq Qarabağa səfər etməmələri ilə bağlı xəbərdarlıq edib

Türkiyə XİN ölkə vətəndaşlarına Dağlıq Qarabağa səfər etməmələri ilə bağlı xəbərdarlıq edib
Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfər etməmələri ilə bağlı xəbərdarlıq edib. 

"Report” "Haber7"yə istinadən xəbər verir ki, XİN bununla bağlı bəyanat yayıb. 

Bəyanatda vurğulanıb ki, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa və işğal altında olan digər ərazilərə səfər etməkdən çəkinməsində fayda var.

"Azərbaycan torpaqlarının 5-də biri işğal altındadır. Ölkəmiz bu işğalın sona çatması üçün 25 ildir azərbaycanlı qardaşlarımızla birlikdə fəaliyyət göstərir. Azərbaycan hökumətinin icazəsi olmadan həmin ərazilərə səfər edilməsi beynəlxalq hüququ ziddir. Azərbaycan qanunlarına əsasən, bu torpaqlara gedənlərə sanksiya tətbiq edilir. İşğal altındakı bölgələrə gedən vətəndaşlarımıza zəruri hallarda konsulluq xidməti mümkün olmadığını, vətəndaşlarımıza işağal altındakı bölgələrə səyahət etməkdən çəkinmələri, bunun faydalı oldğunu xatırladırırıq”, -deyə XİN-in xəbərdarlığında vurğulanıb.
 


www.ann.az

Xəbər lenti