Türkiyə vətəndaşları əlil arabalarında seçkiyə getdi - FOTOLAR

Türkiyə vətəndaşları əlil arabalarında seçkiyə getdi - FOTOLAR
Bu gün  Türkiyə ikinci dəfə sandıq başına getdi. Bu il iyunun 7-də keçirilən seçkilərdə son hökumət partiyası olan AKP-nin (Ədalət və Qalxınma Partiyası) təkbaşına hökumət qura bilməsi üçün yetərli səs toplaya bilmədi. Ardından ƏQP müxaliflərdən heç bir partiya ilə koalisiyaya ciddi qarşılıq verməməklə  ölkəni təkrar seçim faktı qarşısında qoydu. Azərbaycandakı millət vəkili seçkiləri ilə eyni gündə seçimə gedən Turkiyədə Şərq və Cənub-Şərq bölgələri istisna olmaqla prosesə sabah saat 8.00-da start verildi və Türkiyənin Yüksək Seçim Kurumu ( MSK – müəl.) qərarıyla seçkinin bu saatda başlayacağı bölgələrdə saat 17.00 da bitməsi müəyyənləşdirilib. Qeyd etdiyimiz Şərq və Cənub-Şərq bölgələrində isə seçki  saat 7- 16.00 arasında keçiriləcək.

Türkiyə seçicisinin 54 milyondan çoxu ölkə daxilində, 3 milyon nəfəiə yaxını isə xarici ölkələrdən seçkiyə qatilir. Xaricdə yaşayan türklər üçün 54 ölkədə 113 nümayəndəlikdə seçki qutusu qurulub. Bundan əlavə 30 gömrük qapisina qurulan seçki məntəgələrində də ses vermə hakkından yararlana bilmələri üçün şərait yaradılıb. Xaricdə yaşayanlar 8 oktyabrdan səs verməyə başlayıblar və 1 noyabr saat 17-də səsvermənin durdurulması müəyyənləşdirilib. 

Seçkidə 4 əsas aparııcı partiya olmaqla 27 partiya iştirak edir.  Partiyaların seçim bülletenlərindəki yeri püşkatma yolu ilə müəyyənləıdirilib. Püşkatmaya görə seçki bülletenində CXP 4-cü, MHP 13-cü, HDP 7-ci, ƏQP isə 20-ci  sırada yer alıb.
 
Ankarada adətən CXP-nin səs topladığı səmt olan Çankayanın Çankaya Litseyindəki seçki məntəqəsində səhər saatlarından aktivlik müşahidə olunurdu. Ən gəncindən tutmuş yaşli və əlil olanına hər kəs vətəndaşlıq vəzifəsini icra etməyə gəlməkdəydi. Müşahidəçilərdən biri Əziziyə Məhəlləsinin muxtarı Güldanə Tençə siyahılardan birində üç saxta seçici adi olduğunu bildirərkən deyilənlərin şahidi olduq. Müşahidəçi saxta isimlərin İran adlarına bənzədiyini anlayib və məsələ ilə bağli bilgisi olduğunu, amma tədbir görmək üçün heç bir imkanın olmadığını dedi.

Məntəqədən çıxanlar arasinda böyük ehtimalla ƏKP tərəfdarı olan bir xanım "elə bir dua edəcəyəm ki, bunlar bu dəfə çixmasin”. ƏKP üçün alınmaz qala olan Çankaya hər zaman CXP-yə sadiq qalır.

Əhməd Vəfik Paşa adına məktəbdəki seçki məntəqəsində diqqət çəkən amil, yaşlıların aktivliyi idi. Böyük aktivlik göstərən Ayrançı səmti sakinlərindən saat 13 radələrinə qədər əsasən yaşlıları müşahidə etmək mümkün oldu. Bu saatdan sonra hər halda yeni oyanmağa başlayan gənclərin məntəqəyə gəlişi də artdı. Siqaret fasiləsinə çıxan bir görəvlidən vəziyyət necədi soruşduq. "Bu səmtin seçicisi bəlli. Şəxsən mən bu seçimdə partiyamı dəyişdim. Bir osmanlı tokatı attım. (tərcüməsi "Osmanlı şilləsi” olan bir deyim – müəl.) Düşməni düşməni ilə vurmaq gərəkdir”. Fükrini soruşdugumuz başka bir xanım seçici "Allah bizi bunlardan qurtarır bu dəfə inşallah” – dedi. Məntəqənin yerləşdiyi məktəbin həyətində qovrulmuş şabalıd satan da var idi, tərəvəz satan da. Qeyd edək ki adətən terrora qarşi mübarizə məqsədiylə asayişi qoruyan əməkdaşlar belə komufulyaj da olunurlar. Yaxında simit satan da, çay satan da çox vaxt tədbiri qiyafətdən istifadə edir.

Çankaya Bələdiyyəsi tərəfindən əngəlli arabalarında (kolyaska) gələnləri gətirib götürmək üçün xüsusi nəqliyyat vasitələri təsis olunmuşdu.

Məntəqədə müşahidəçi olan bir vətəndaş isə siqaret fasiləsinə çıxınca birilərini telefonla arayıb "akpartililər ordu kimi basmış burayı”  deyə bilgi verdi. Sçhbətdən məlum olurdu ki, görəvlilər arasındakı ƏQPlilər əvvəlki  dönəmlərdən daha çoxdu.
 
Ankaranın iki səmtində seçkilərə müşahidəçi qismində qatilan azərbaycanlı tələbələrdən bilgi aldıq. Etimesut səmtindəki Şəhid Ərhan Ər adina məktəbdəki seçki məntəqəsində müşahidəçi həmyerlimiz Azər Haqverdiyev bildirib ki, səhər erkən saatlardan aktivlik göstərən seçicilərin təxminən 80 faizi saat üçə qədər ses verib: "Hər yaş qrupunda aktivlik müşahidə olunur ”.  A.Haqverdiyev müşahidəçi olduğu məntəqədə hər hansı pozuntu olmadığını bildirdi.

Mamak səmtində müşahidəçi olan həmyerlimiz Xəyalə Yaqubova bildirib ki, səhər saat 8-də seçki kutuları açılmadan qapıda gözləyən seçicilərin hər yaş qrupundan aktivlik müşahidə olunub. Xəyalə də məntəqədə hər hansı pozuntunun şahidi olmadiğini bildirdi.


Şəhla Əbusəttar Yaman
Ankara
 









 
 
 
 

www.ann.az

Xəbər lenti