Türkiyə parlamentinda dava: millət vəkillər əlbəyaxa oldu (VİDEO)

Türkiyə parlamentinda dava: millət vəkillər əlbəyaxa oldu (VİDEO)
Türkiyə parlamentində millət vəkilləri arasında dava olub.

ANN.Az Hürriyet-ə istinadən xəbər verir ki, mübahisə CHP-li millət vəkili Musa Çam çıxışı zamanı keçmişdə MHP sədri Dövlət Baxçalı ilə AKP sədri Rəcəb Tayyib Ərdoğan arasında baş vermiş "nəsilartırma" mübahisəsinə toxunmasından sonra başlayıb. Hər iki partiyanın təmsilçiləri M.Çamın üzərinə hücum çəkərkən, CHP qrupu arada qalıb. Onlar az sayda olan HDP məclis nümayəndələri ilə birgə M.Çamı xəsarət almasın deyə qorumağa çalışıblar.

Parlament sədrinin müavini Ayşənur Baxçaqapılı kobud və təhqiramiz fikirlərinə görə M.Çamın 3 iclaslıq parlamentdən uzaqlaşdırılması barədə təklif irəli sürüb. Təklif MHP cə CHP-li millət vəkillərinin səs çoxluğu ilə qəbul edilib.

Çam salondan çıxdığı zaman dava yenidən başlayıb. Mühafizə əməkdaşları deputatları güclə ayırıb.

M.Çam özünü müdafiə edərkən bu fikirləri səsləndirib: "Mən çıxışımda MHP lideri Baxçalının nə qədər hörmətli və nə qədər yaxşı bir insan olduğunu söylədim. Bu səbəbdən də AKP liderinin ona qarşı söylədiyi fikirlərin yaraşmadığını bildirdim. Əgər ortada yanlış anlama varsa, üzr istəyirəm. Mənim Dövlət Baxçalıya belə bir şeyi əsla demərəm".
 
Lakin onun bu üzrxahlığı da qərarın dəyişdirilməsinə təsir göstərməyib. Həmçinin məclisdən uzaqlaşdırılması səbəbindən Çamın maaşından 12 min lirə də pul cəzası tutulacaq.

Mübahisə zamanı media nümayəndələri də hücuma məruz qalıb. 

Qeyd edək ki, ötən il Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğan çıxışlarının birində nəsil artırmanın vacibliyini vurğulamış, əhalinin planlanması və cinsi müəyyən etmənin müsəlmana yaraşmayan bir iş olduğunu bildirmişdi. CHP lideri Dövlət Baxçalı isə Ərdoğanın fikrinə münasibət bildirdikdən sonra iki siyasi lider arasında gərginlik yaranmış, bir-birlərini təhqir etmişdilər.


www.ann.az

Xəbər lenti