Türkiyə bir gündə 8 şəhid verdi (FOTO)

Türkiyə bir gündə 8 şəhid verdi (FOTO)
Suriyanın Afrin şəhərində keçirilən anti-terror əməliyyatlarının 8-ci günü Türkiyə Silahlı Qüvvələrinin ən çox şəhid verdiyi gün olub.

Ann.az "Hürriyet"ə istinadən xəbər verir ki, "Zeytun Budağı" əməliyyatının 15-ci günündə 8 türk əsgəri şəhid olub. TSQ açıqlama verərək 25 yaşlı Əli Yılmazın PKK-nın Suriya qolu olan PYD/YPG ilə yaşanan silahlı qarşıdurmada, 27 yaşlı Əhməd Bayramın isə Kilis Süngütəpə kəndinin polis bölməsinə təşkil edilən raket hücumunda şəhid olduğunu bildirib.
 
Terror təşkilatının Türkiyə ordusuna aid tanka etdiyi hücum nəticəsində isə tankın içindəki 5 əsgər şəhid olub. Bunlar 26 yaşlı Xəlil İbrahim Akgül, 29 yaşlı Ufuk Aktağ, 28 yaşlı Fevzi Gürsu, 22 yaşlı Nurulla Secen və Fırat Qaracadır. 

1 fevralda PKK-nın Hakkari şəhərinin Çuxurca bölgəsinə etdiyi hücumda yaralanan əsgər Məhəmməd Osman Akagündüz isə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 


www.ann.az

Xəbər lenti