Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq

Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq
Türkiyə İctimai Nəzarət Komitəsinin  səyi ilə Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq. 

Bu barədə ANN.Az Trend-ə istinadən məlumat verir.

Artıq Azərbaycan Ombudsman Aparatı ilə məsləhətləşmələrdən sonra Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin təsis edilməsinin qərara alındığı bildirilir.

Bununla bağlı cari ilin sonlarında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan ombudsmanlarının iştirakı ilə toplantı keçirilməsi planlaşdırılır.

www.ann.az

Xəbər lenti