“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir (VİDEO)

“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir (VİDEO)
"TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

ANN.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.

 




www.ann.az

Xəbər lenti