Trampın daha bir yaxın adamı istefa verdi

Trampın daha bir yaxın adamı istefa verdi
 
ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə bilinən 29 yaşlı kommunikasiya direktoru Houp Hiks istefa verib.

Ann.az xarici mediaya istinadən xəbər verir ki, istefasını yazılı açıqlama ilə bildirən Hiks Donald Trampa təşəkkür edib. Prezident də həmçinin yazılı açıqlama ilə Houp Hiksin bu günə qədər bir çox yaxşı işlərə imza atdığını dilə gətirib. 

Qeyd edək ki, Houp Hiks Trampla uzun müddət işləyən şəxslərdən idi. O, yerinə yeni biri təyin edilənə qədər vəzifəsinin icrasına davam edəcək.

Houp Hiks ötən gün ABŞ Təmsilçilər Məclisi Kəşfiyyat Komitəsinin qarşısında 8 saat ifadə verib. O, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi ilə əlaqədar aparılan istintaq prosesinə cəlb edilib.

www.ann.az

Xəbər lenti