Tramp: Mən vədimi yerinə yetirdim (VİDEO)

Tramp: Mən vədimi yerinə yetirdim (VİDEO)
ABŞ prezidenti Donald Tramp özünü sələfləri ilə müqayisə edib. O bildirib ki, sələflərindən fərqli olaraq ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə bağlı verdiyi seçkiqabağı vədini yerini yetirib.

ANN.Az-ın oxu.az-ın məlumatına əsasən, bu barədə ABŞ prezidenti özünün "Twitter" səhifəsində yazıb.

"Mən seçkiqabağı kampaniyada verdiyim vədi yerinə yetirdim – digərləri isə yox”, - deyə Tramp yazıb.

O,  "tvit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Yerusəlimə dair çıxışları olan video da yerləşdirib. 


www.ann.az

Xəbər lenti