Tramp, Mark Zukerberq və Hillari Klinton Eminin klipində (VİDEO)

Tramp, Mark Zukerberq və Hillari Klinton Eminin klipində (VİDEO)
Xalq artisti Emin Ağalarov "Got Me Good” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, ekran işi komediya janrında çəkilib.

Klipdə Donald Tramp, Kim Conq Un, Hillari Klinton, Stormi Daniels, Mark Zukerberq, İvanka Tramp və Jared Kuşnerin görüntülərindən istifadə olunub.

Emin kliplə bağlı fikirlərini belə şərh edib: 

"Donald Tramp, Kim Conq Un, Hillari Klinton, Stormi Daniels, Mark Zukerberq, İvanka Tramp və Jared Kuşnerin görüntülərinin yer aldığı video son 12 ayda onlarla bağlı xəbərlərin satirik şərhidir.

ABŞ prezidenti, "Miss Universe” yarışmasının iştirakçıları, Hilari ilə poker oynayır və rusiyalı pop ulduzla gizli məlumatların yer aldığı çantaları dəyişdirir. Musiqi əyləncədir. Pop musiqisinə satira qatmaq mümkündür. Burada ikiqat əyləncə yaratmaq qərarına gəldim”. 


www.ann.az

Xəbər lenti