Tramp koreyalı jurnalistlərə qəzəbləndi – VİDEO

Tramp koreyalı jurnalistlərə qəzəbləndi – VİDEO
Cənubi Koreya jurnalistləri ABŞ və Cənubi Koreya prezidentlərinin görüşü zamanı uğurlu kadrlar çəkmək üçün çalışarkən az qala lampanı Donald Trampın üzərinə aşıracaqdılar. 

Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə dünən Vaşinqton vaxtı ilə səhər saatlarında baş verib. Ağ evin təhlükəsizlik xidməti lampanı vaxtında tutub. Bununla da həm lampanı, həm də ABŞ prezidentini "xilas ediblər”. 

"Bir az yavaş. Siz getdikcə daha da pis olursunuz”, - Tramp jurnalistlərə deyib. 

Tramp dünən Cənubi Koreya respublikasının prezidenti Mun Çje İn ilə danışıqlar aparıb. Liderlər Şimali Koreyada vəziyyəti, eləcə də yeni ticarət sazişini müzakirə ediblər.
 


www.ann.az

Xəbər lenti