Tofiq Heydərov istefa verdi

Tofiq Heydərov istefa verdi
Ağır atletika üzrə Azərbaycan millisinin baş məşqçisi postunda dəyişiklik edilib.

ANN.Az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib və onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib.

Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.

Məlumatı qurumun mətbuat xidmətindən də təsdiqləyiblər.
 


www.ann.az

Xəbər lenti