Tiflisdə metro çökdü: yaralılar var

Tiflisdə metro çökdü: yaralılar var
Gürcüstanın paytaxtı Tiflisdə "Varketili" metro stansiyasının tavanı çöküb.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Digər sərnişinlər isə metrodan evakuasiya edilib. 

Tiflis meri Kaka Kaladze hadisə yerinə gəlib.

Qeyd edək ki, "Varketili" ötən ilin sentyabrında təmirdən çıxıb.

www.ann.az

Xəbər lenti