Tiflis metrosunun işçiləri tətil elan etdi

Tiflis metrosunun işçiləri tətil elan etdi
Tiflis metrosu işçilərin tətili səbəbilə fəaliyyətini dayandırıb.

Ann.az xəbər verir ki, tətil maaşlarının artırılmasını tələb edən maşinistlər tərəfindən elan edilib. Maşinistlər aclıq aksiyasına başlamağı da planlaşdırır. Şəhərdə avtobuslar bu gün pulsuz fəaliyyət göstərəcək. 

Tiflis meri Kaxa Kaladze isə işçilərin bu addıma əsəbləşərək onların kifayət qədər, hətta polis, həkim, xilasedicilər, yanğınsöndürənlərdən çox maaş aldıqlarını vurğulayıb. O, işçilərin addımını şantaj adlandırıb.

Metropolitendə təxminən 240 maşinist işləyir və onlar 1 saatlıq əməkhaqqılarının 7 laridən 10-a qaldırılmasını tələb edirlər. 

www.ann.az

Xəbər lenti