The Daily Caller: Obama administrasiyası Azərbaycanın xətrinə dəydi - TƏRCÜMƏ

The Daily Caller: Obama administrasiyası Azərbaycanın xətrinə dəydi - TƏRCÜMƏ
Azərbaycanda 2013-cü il prezident seçkisi mövzusu hələ də xarici mətbuat üçün aktual olaraq qalır. Bu günlərdə məşhur The Daily Caller nəşri Azərbaycandakı seçkilər, Qərbin buna reaksiyası, həmçinin Azərbaycan-Amerika münasibətləri üçün mümkün ola biləcək aqibətlər haqqında məqalə dərc edib. Məqalənin müəllifi Patrik Houlidir.İran sərhədində ABŞ-ın milli təhlükəsizliyinin təminatı üzrə əsas müttəfiqi olan Azərbaycan hökümətindəki insayderlər Obamanın ölkədə keçirilən seçkilərə laqeyd yanaşmasına təəccüb qaldılar. Hazırki prezident İlham Əliyev 9 oktyabrda keçirilən seçkilərdə böyük səs üstünlüyü ilə rəqibləri Cəmil Həsənli və İqbal Ağazadəni qabaqlayaraq qalib gəldi.ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harf 10 oktyabrda bəyənat verdi – Azərbaycanda keçirilən seçkilərin legitimliyini tənqid etdi."Birləşmiş Ştatlar Azərbaycan hökümətinə dəfələrlə çağırışlar edib ki, azad və ədalətli seçkilərin keçirilməsini təmin etsin, sərbəst toplaşmaq azadlığına, birliklərin yaranmasına və səslənən nitqlərə hörmət bəsləsin. Biz təəssüflə qeyd edirik ki, bu seçkilər beynəlxalq standartlara uyğun deyil”, - Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) seçkilərin nəticələriylə bağlı mövqeyinə istinad edən Dövlət Departamentinin bəyanatında belə deyilir.Harf qeyd edir ki, "bülletenlərin atılması”, "səslərin sayılması ilə bağlı ciddi problemlər”, "alınmış bülletenlərin qorunmasının mümkünsüzlüyü”, həmçinin kütləvi informasiya vasitələrinin fəaliyyətinə müdaxilə, vətəndaş cəmiyyətinə təzyiqlərin edilməsi və mitinqlərin yatırdılması narahatçılıq üçün əsaslar yaradır. Eyni zamanda, o, hökümət tərəfindən müxalifətdən olan namizədlərin qeydiyyatı, mitinq keçirməsi və beynəlxalq müşahidəçilərin olması üçün əlverişli şəraitin yaradılmasını da qeyd etmişdir.Əliyev höküməti İran və Rusiya ilə sərhəddə ABŞ-ın əsas strateji müttəfiqidir. Ölkə öz qoşunları ilə Amerikanın Əfqanıstanda və İraqda keçirdiyi hərbi əməliyyatlara kömək göstərdi. Obama administrasiyasının verdiyi bəyanat Azərbaycanı çox narazı saldı.Obama administrasiyası bu yaxınlarda İranda və Rusiyada keçirilmiş seçkilərlə bağlı daha pozitiv bəyanatlar verdi, burada da analoji ədalət problemləri qabardılmışdır."Biz fikir azadlığını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran məhdud dairənin bütün əngəllərinə baxmayaraq, seçkiyə gedib, öz iradəsini ortaya qoyan və səsini eşitdirən İran xalqının cəsarətinə heyran qaldıq. Biz əvvəlki kimi seçki prosesində şəffaflığın olmamasına, İnternetdə və çap mətbuatında kütləvi informasiya vasitələrinə senzuranın tətbiq edilməsinə dair narahatçılığımızı ifadə edirik. Bütün bu problemlərə baxmayaraq, İran xalqı yeniliyə və yaxşı gələcəyə istiqamət götürdüyünü aydın etiraf etdi", - İranda keçirilən seçkilərdən sonra dövlət katibi Con Kerri 15 iyunda belə dedi.Seçilmiş prezident Ruhani öz seçki təşviqatı zamanı iranlılar üçün azadlıqların genişləndirilməsini öz öhdəsinə götürdü. Qarşıdakı aylarda onun İran xalqına verdiyi vədləri yerinə yetirmək imkanı var. Biz öz beynəlxalq partnyorlarımızla birlikdə əvvəlki kimi İran höküməti ilə bilavasitə əlaqəyə daxil olmağa hazırıq", - Kerri dedi."Biz İran xalqının seçiminə hörmət edirik və siyasi prosesdə iştirak etmələri münasibətilə və həmçinin cəsarətli səslərinin eşidilməsi münasibətilə təbrik edirik. Dünənki seçkilər kütləvi informasiya vasitələrinə, internetə, çap mətbuatına senzuranın tətbiq edilməsi, qorxu hissi yaradan şəraitdə söz azadlığının və sərbəst toplaşmaq azadlığının məhdudluğu vəziyyətində və şəffaflığın yoxluğu fonunda keçirilmişdir. Bununla belə, bütün bu maneələrə və hökümət tərəfindən tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, İran xalqı öz gələcəyini müəyyənləşdirmək üçün tam qətiyyətlə hərəkət etmişdir”, - 15 iyunda Ağ Evin mətbuat katibi belə dedi."Biz ümid edirik ki, iran höküməti öz xalqının iradəsinə qulaq asacaq və bütün iranlılar üçün yaxşı gələcəyi təmin edə biləcək qərarlar qəbul edəcək. Birləşmiş Ştatlar diplomatik həll yoluna nail olmaq üçün əvvəlki kimi iran hökümətiylə birbaşa əlaqə qurmağa hazırdır, bu da beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı əndişəsini aradan qaldıracaqdır”, - Ağ Evin bəyanatında belə deyilir."Birləşmiş Ştatlar rus xalqını prezident seçkilərinin bitməsi münasibətilə təbrik edir və nəticələr təsdiqləndikdən, andiçmə olduqdan sonra mövcud prezidentlə əməkdaşlıq quracağına ümid bəsləyir”, - dövlət departamentinin rəsmisi Viktoriya Nuland 5 mart 2012-ci il bəyanatında, Vladimir Putinin üçüncü ardıcıl olmayan prezident müddəti ilə bağlı belə dedi."Biz Avropa Birliyi Parlament Assambleyasının bəyanatını nəzərdən keçirdik, orda deyilir ki, seçkilər bir nəfərin digərlərini böyük fərqlə üstələməsi ilə başa çatdı. Biz seçki kampaniyası zamanı, həmçinin seçki günündə dövlət resurslarından qeyri-adekvat üsulda istifadə edilməsi ilə bağlı ATƏT-in narahatçılıqlarını bölüşürük. Biz Rusiya hökümətini seçkilərdə pozuntuların olması barədə bütün məlumatları müstəqil şəkildə araşdırmağa çağırırıq... Biz çoxlu sayda vətəndaşların səs verməsinə, seçkilərin monitorinqində iştirak etməsinə, sərbəst toplaşmaq və fikir azadlığı ilə bağlı öz konstitusion hüquqlarından yararlananmasına çox şadıq”, - Nuland bəyan etdi.Dövlət Departamenti Azərbaycanda keçirilən seçkilərlə bağlı daha neqativ mövqe sərgilədi."Biz seçkilərlə bağlı baxışlarımızı dəqiq göstərdik. Qeyd edək ki, seçki prosesi seçki günündə qurtarmır. Biz Azərbaycan hökümətini azad, ədalətli, şəffaf seçkilər keçirməyə və seçki prosesində bütün hüquqpozmalar barədə məlumatların araşdırılmasına və İnsan Hüquqları və Demokratik İnstitutlar Bürosununməruzəsini nəzərə almağa çağırırıq”, - dövlət departamentinin rəsmisi Nikol Tompson The Daily Caller qəzetinə belə dedi."Biz həmseçkilərlə bağlı, həm də ikitərəfli əməkdaşlıqla bağlı həm Bakıda, həm də Vaşinqtonda Azərbaycan höküməti ilə əlaqələr qururuq”, - Tompspn qeyd edir.dailycaller.com/2013/10/17/obama-administration-offended-key-national-security-ally-in-azerbaijan/#ixzz2iD2Sz3yKTərcümə: Ramil Rahiboğlu  ANN.Az

Xəbər lenti