Tehran yenidən qarışdı: 16 yaralı

Tehran yenidən qarışdı: 16 yaralı
İranın paytaxtı Tehranda insanlara kimyəvi maddə ilə hücum ediblər.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, motosikletli bir şəxs insan izdihamına kimyəvi maddə ataraq qaçıb.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

Hadisənin törədənin şəxsiyyəti və hücumun səbəbi hələlik bilinmir.

Qeyd edək ki, dünən Tehranda 2 terror aktı törədilmiş, hadisə nəticəsində 12 nəfər ölmüş, çox sayda insan yaralanmışdı.



www.ann.az

Xəbər lenti