Teatr xadimlərimiz mükafatlandırılıblar...

Teatr  xadimlərimiz  mükafatlandırılıblar...

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında ölkə prezidentinin  Sərəncamına uyğun olaraq  teatr xadimləri mükafatlandırılıblar. Mükafatlandırılan incəsənət xadimləri arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti də var.  
 
 
ANN.Az xəbər verir ki, Xalq Artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar İncəsənət Xadimi, teatrın baş rejissoru Bəhram Osmanov, Əməkdar Artistlər Kəmalə Hüseynova, Naibə Allahverdiyeva, Nübar Novruzova, Gülər Nəbiyeva, Rahib Əliyev, Şövqi Hüseynov, Qurban İsmayılov səhnə  fəaliyyəti ilə seçilən aparıcı incəsənət xadimləri kimi prezidentin mükafatına layiq görülüblər.  
 
 
Ölkə rəhbərinin hər bir təltifi, Azərbaycan mədəniyyətinə və teatr sənətinə göstərdiyi yüksək diqqət və qayğı bütün teatr kollektivini yeni yaradıcılıq uğurlarına sövq edir.


www.ann.az

Xəbər lenti