Teatr rəhbəri ilə qalmaqal yaşayan aktyora vəzifə verildi

Teatr rəhbəri ilə qalmaqal yaşayan aktyora vəzifə verildi
İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev ilə qalmaqal yaşayan və teatrdan uzaqlaşdırılan tanınmış aktyor Əjdər Zeynalova vəzifə verilib.

ANN.Az musavat.com-a istinadən xəbər verir ki, o, bu haqda sosial şəbəkədə məlumat yayıb: "Bu vəsiqə mənə günü-gündən inkişaf edən, çiçəklənən dövlətimizi, hörmətli prezidentimiz İlham Əliyev cənablarının apardığı siyasəti dəstəkləyən bir insan kimi verilən ilk ictimai vəzifə və çox qiymətli dəyər oldu. Mən Azərbaycan Dövlətçiliyinə və Prezidentinə Milli Dəstək Mərkəzinin, Qərbi Azərbaycan Komitəsinin İrəvan Təşkilatının sədri seçildim. Bu etimada görə öz dərin təşəkkürümü bildirirəm”.
 


www.ann.az

Xəbər lenti