Teatr menecerlərinin treninqi başa çatdı - Fotolar

Teatr menecerlərinin treninqi başa çatdı - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin treninqləri yekunlaşmışdır. Bununla əlaqədar olaraq  teatrda treninq iştirakçılarının təltifolunma mərasimi həyata keçirilib. 

Mərasimi giriş sözü ilə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov açaraq treninq iştirakçılarının tədris və təlimi ilə yaxından məşğul olan pedaqoqlara təşəkkürünü bildirərək iştirakçılara gələcək əməkdaşlıqlarda uğurlar arzu edib. 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Sevda Ağayeva, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, teatrın ədəbi-dram hissə müdiri Rafiq Rəhimli, Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Beynəlxalq layihələr üzrə müşavir Şaiq Səfərov çıxış edərək peşəkar teatr menecer sahəsində kadrlara olan təlabat, treninq müddətində müraciət edilən mövzular, aparılan fikir mübadilələri, gələcəkdə nəzərdə tutulan daha genişmiqyaslı treninqlər barədə danışaraq, iştirakçılara bu müddət ərzində əldə etdikləri bilgilərin gələcəkdə onlar üçün olduqca əhəmiyyətli baza rolu oynayacağını bildiriblər.    

Çıxışlardan sonra treninq iştirakçılarına Dövlət Gənc Tamaşaçılar Teatrı, ASSİTEJ-Azərbaycan Milli Mərkəzi və Azərbaycan Teatr Treninq Mərkəzinin sertifikatları təqdim olunub.
 
Sonda iştirakçılar çıxış edərək teatr rəhbərliyinə və treninq təşkilatçılarına  öz minnətdarlıqlarını bildiriblər. 
 







www.ann.az

Xəbər lenti