Tbilisidə terror həyəcanı: 9 mərtəbəli bina ələ keçirildi (FOTO, VİDEO)

Tbilisidə terror həyəcanı: 9 mərtəbəli bina ələ keçirildi (FOTO, VİDEO)
Gürcüstan paytaxtı Tbilisinin İsani-Samqori rayonunda ötən gecə saatlarından başlayan antiterror əməliyyatı davam edir.

ANN.Az "Report"a istinadən xəbər verir ki, səhər saat 10 radələrində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma olub. 
Nəticədə bir xüsusi təyinatlı ölüb, şübhəli bilinən bir nəfər isə saxlanılıb.
 
Hadisə yerinə zirehli texnika gətirilib.

Əvvəlcə doqquzmərtəbəli binada iki terrorçunun olması barədə xəbər yayılsa da, hadisə yerindən atəş nöqtələrinin çoxluğu səbəbindən indi onların sayının çox olduğu güman olunur. Onlar təhlükəsizlik qüvvələrinin təslim olmaq barədə tələbini yerinə yetirməkdən imtina ediblər. 

Polis terrorçuların zərərsizləşdirilməsi əməliyyatını mərhələli şəkildə həyata keçirir. Hadisə şahidləri və ərazidəki polis əməkdaşları bildiriblər ki, xüsusi təyinatlılar terrorçuların 9 mərtəbəli binanı partladacığından ehtiyat edir. Odur ki, əməliyyat mərhələli şəkildə davam edir.
 






www.ann.az

Xəbər lenti