Tanınmış gənc vəkil vəfat etdi

Tanınmış gənc vəkil vəfat etdi
Azərbaycanın gənc vəkillərindən olan Azər Qasımov dünyasını dəyişib.

ANN.Az axar.az-a istinadən xəbər verir ki, gənc vəkil bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. A.Qasımovun ölümünə də tutulduğu xərçəng xəstəliyi səbəb olub.

Vəkil Xəzər Universitetinin hüquq fakultəsini bitirib. 30 yaşı var idi. Vəkillər Kollegiyasının üzvü olmaq üçün ilk mərhələdən uğurla keçmişdi.

Allah rəhmət eləsin!
 


www.ann.az

Xəbər lenti