Tanınmış azərbaycanlı diktorun səhhəti pisləşdi: xəstəxanaya yerləşdirildi

Tanınmış azərbaycanlı diktorun səhhəti pisləşdi: xəstəxanaya yerləşdirildi
Tanınmış azərbaycanlı diktor, xalq artisti Rafiq Hüseynlinin səhhəti pisləşib.

ANN.Az xəbər verir ki, bu barədə lent.az-a xalq artistinin özü xəbər verib.

O bildirib ki, mayın 15-dən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib:

"Yalandan deməyim, artıq pisəm, özümü yaxşı hiss etmirəm. Həkimlər də deyir ki, 1-2 günə həllini tapan bir xəstəlik deyil. Onkoloji xəstəliyimlə bağlı Türkiyədə müayinə olundum, Bakıya qayıtdım. Amma vəziyyətim ürəkaçan deyil”.

Qeyd edək ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir. R.Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub.
www.ann.az

Xəbər lenti