Tanınmış azərbaycanlı aktrisa vəfat etdi (FOTO/VİDEO)

Tanınmış azərbaycanlı aktrisa vəfat etdi (FOTO/VİDEO)
Azərbaycanlı gənc aktrisa Mila Əminə dünyasını dəyişib.

Ann.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən vəfat edib.
Belə ki, o, son 1 ay ərzində başağrısından şikayət edirmiş. 

Beyninə çirk yığılan aktrisa 1 saylı Şəhər Klinik Xəstəxanasında (keçmiş "Semaşko” adına xəstəxana-red.) müalicə olunub. Lakin o, daha sonra Türkiyəyə aparılıb və orada vəfat edib.

Xatırladaq ki, "Üç badam bir qoz” filmində oynayan Mila Əminə digər 2 xanım həmkarı  ilə ekran işinin prodüseri Altun Mətləboğlundan şikayətçi olaraq onu dələduzluqda ittiham etmişdilər.
 






www.ann.az

Xəbər lenti