“Söyürlər, “çox sağ ol” deyirik” (VİDEO)

“Söyürlər, “çox sağ ol” deyirik” (VİDEO)
Bakıda sərnişinlərlə avtobus sürücüləri arasında mübahisə düşməsi, hətta sükan arxasında olan sürücüylə əlbəyaxa davaların olması ilə bağlı tez-tez mediada xəbərlər yer alır. Maraqlısı budur ki, sadaladığımız nüanslar kart sisteminə keçən, dayanacaqdan kənar saxlamağın qadağan olunduğu marşrut xətlərində ənənəvi hal alıb.

Əfsuslar olsun ki, sürücülər tərəfindən sərnişinlərdən qaydalara riayət edilməyi tələb olunduqda reaksiya birmənalı olmur. Təkcə son bir ayda müxtəlif daşıyıcı şirkətlərin sürücüləri dəfələrlə təhqir və zorakılıqlara məruz qalıb.
 
Sentyabrın 2-də 96 saylı xətt üzrə hərəkət edən sərnişin atvobusunda sürücü dayanacaqdan kənarda saxlamadığı üçün sərnişin tərəfindən boğulub. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunub.

14 sentyabrda isə 18 saylı sərnişin avtobusunun sürücüsü ilə xanım sərnişin arasında mübahisə düşüb. Sürücü ilə sərnişin bir-birlərini ağır sözlərlə təhqir edib.

Sentyabrın 18-də isə sərnişin tərəfindən döyülən 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

"Qafqazinfo” bu məqamda "Bakubus” şirkətinin vətəndaşlar tərəfindən zorakılıq və təhqirlərə məruz qalan sürücüləri ilə görüşüb. Sürücülər iş başında daha çox əziyyət çəkdikləri hallardan danışıblar, bildiriblər ki, sərnişinlər dəfələrlə onları təhqir edir, söyürlər. Sükan arxasında olan şəxslər isə bu təhqirlərə, ümumiyyətlə, cavab vermədiklərini, qarşılığında "çox sağ ol”  dediklərini qeyd ediblər. 

Bununla bağlı "Qafqazinfo"nun hazırladığı videomaterialı təqdim edirik:
 


www.ann.az

Xəbər lenti