Son üç gündə yol qəzalarında 8 nəfər ölüb

Son üç gündə yol qəzalarında 8 nəfər ölüb
Son üç gündə Azərbaycanda 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə "Report”a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

O bildirib ki, yağışlı günlərdə - 2-4 oktyabr tarixlərində ölkə yollarında baş vermiş qəzalar zamanı 8 nəfər ölüb, 34 nəfər yaralanıb.

"Qəzaların əksəriyyətini avtomobillərin toqquşması və piyadaların vurulması təşkil edib”, - K.Əliyev əlavə edib.


www.ann.az

Xəbər lenti