Skolarini "təkərə saldılar"

Skolarini "təkərə saldılar"
İspan jurnalist Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolarini aldadıb. Fanat.az xəbər verir ki, həmkarımız çalışdırıcıdan Dieqo Koşta ilə bağlı planlarını öyrənib.Belə ki, Skolariyə zəng edən ispan jurnalist "Atletiko"nun prezidenti Enrike Kerezonun adından danışıb və komandanın fomasını geyinən futbolçunu milliyə çağırıb-çağırmayacağını soruşub. Telefondakı şəxsin "Atletiko"nun prezidenti olduğunu düşünən baş məşqçi Koşta ilə bağlı bütün planlarını açıqlayıb. Skolari "bu gün dünya çempionatı keçirilsə, Koştanı heç düşünmədən yığmaya dəvət edərəm" deyib. Baş məşqçi istedadlı futbolçunu İspaniya millisinə asanlıqla verməyəcəyini bildirib.Skolari onunla danışanın Enrike Kerezo olduğuna o qədər inanıb ki, İspaniya Futbol Federasiyası və millinin baş məşqçisi Visente Del Boskenin də arxasınca danışıb. Braziliyalı mütəxəssis həmçinin Koştanın meneceri Jorge Mendeslə görüşdüyünü, futbolçunu gələn ay Myami və Torontoda keçirəcəkləri yoldaşlıq oyunlarına dəvət edəcəyini bildirib. Skolari bir az da irəli gedərək ispanların Dieqonu eyni tarixdə milli komandaya dəvət etməyə hazırlaşması barədə özəl məlumat aldığını və bunun qarşısını almaq üçün addımlar atacaqlarını deyib.Qeyd edək ki, həm İspaniya, həm də Braziliya vətəndaşlığı daşıyan Dieqonu hər iki ölkənin milli komandası heyətində görmək istəyir. Problemlə bağlı FİFA qərar verəcək.

Xəbər lenti