“Sinemazadə” şirkətinin yeni “Çat kapı aşk” filminin baş rol ifaçıları məlum olub - FOTO

“Sinemazadə” şirkətinin yeni “Çat kapı aşk” filminin baş rol ifaçıları məlum olub - FOTO
Azərbaycanın "Sinemazadə” studiyasının yeni ekran əsəri olan "Çat kapı aşk” filminin baş rollarının ifaçıları məlum olub. 

ANN.Az "f5haber.com"a istinadən xəbər verir ki, filmdə baş rolları tanınmış türk aktrisası Müge Boz və uzun müddətdir ki, aparıcı kimi fəaliyyət göstərən, aktyor Jess Molho ifa edəcək. 
 
 
Film təsadüfən həyatının məhəbbəti ilə qarşılaşan iki gəncin başına gələn hadisələrdən bəhs edir. 

Ekran işində Müge Boz heykəltaraş Su obrazı, Jess isə vəkil Aras roluyla tamaşaçıların qarşısına çıxacaq. Rejissoru Erhan Baytimur olan filmin çəkilişlərinə artıq start verilib.
 
 

 



www.ann.az

Xəbər lenti