Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK

Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
Bir neçə gündən sonra yeni şəxsiyyət vəsiqələrinin təqdimatı keçiriləcək.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu sərginin açılışına həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ildən başlanılacaq: "Şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Elektron imzaların yazılması ödənişsiz həyata keçiriləcək. Bununla da hər bir vətəndaş elektron xidmətlərin üstünlüklərindən yararlana biləcək”.
 


www.ann.az

Xəbər lenti