"Sevilya" - "Betis" oyunu öncəsi kütləvi dava zamanı 23 fanat saxlanılıb

İspaniya hüquq-mühafizə orqanları əməkdaşları ölkə çempionatının 18-ci turu çərçivəsində keçiriləcək "Sevilya" – "Real Betis" matçı ərəfəsində kütləvi davada iştirak edən 23 futbol fanatını saxlayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Sevilya şəhərini təmsil edən iki klub azarkeşlərinin iştirakı ilə baş vermiş kütləvi dava əvvəlcədən planlaşdırılıbmış.

Matç Bakı vaxtı ilə 23:45-də başlayacaq.

www.ann.az

Xəbər lenti