Şəmkirdə maskalılar evə basqın edib: uşaqların əl-qolu bağlanıb, qadın döyülüb

Şəmkirdə maskalılar evə basqın edib: uşaqların əl-qolu bağlanıb, qadın döyülüb
Şəmkirdə maskalı şəxslər evə basqın ediblər.

"Report”un məlumatına görə, hadisə rayonun Zəyəm Çırdaxan kəndində baş verib.

Belə ki, naməlum maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanı evdə olan 2006-cı və 2008-ci il təvəllüdlü övladlarının əl-qolunu bağlayıblar.

Naməlum şəxslər evdən 10 000 rus rublu və 300 manat pul götürərək hadisə yerindən qaçıblar.

Fakla bağlı hüquq-mühafizə orqanı araşdırma aparır. 


www.ann.az

Xəbər lenti