Səməd Vurğuna görə məşhur market məhkəməyə verilə bilər

Səməd Vurğuna görə məşhur market məhkəməyə verilə bilər
Ölkədə fəaliyyət göstərən marketlər şəbəkələrindən birinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub.

ANN.Az-ın PrimeTime.Az-a istinadən vediyi xəbərə görə reklam çarxı Azərbaycanın görkəmli Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib.
 
Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb. Məsələ ilə bağlı açıqlama verən şairin nəvəsi Nigar Vəkilova belə bir reklamın çox iyrənc və səviyyəsiz olduğunu bildirib: "Mən bu məsələni eşidən kimi Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovaya xəbər verdim. Axı bu cür şeirin misralarının bir hissəsini dəyişdirib belə bir aşağılayıcı reklamda necə çəkib yayımlaya bilərlər ki? Kənardan çox iyrənc görünür. Biz bu səviyyəsiz reklam çarxı ilə bağlı ciddi tədbirlər görəcəyik. İlk tələbimiz o reklamın yayımının dayandırılmasıdır. Məhkəməyə müraciət etməyi də düşünürük, amma hələ müraciət etməmişik".
 
Qeyd edək ki, "Oba" market sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır. 
 

Xəbər lenti