Şahmatçımızdan tarixi nəticə (VİDEO)

Şahmatçımızdan tarixi nəticə (VİDEO)
FİDE şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb. 

Bu, Azərbaycan şahmatında ilkdir. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. Ş.Məmmədyarovun hesabında 2799 reytinq xalı var.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir.


www.ann.az

Xəbər lenti