Tərəfdarları Saakaşvilini azadlığa çıxartdı (VİDEO+YENİLƏNİR)

Tərəfdarları Saakaşvilini azadlığa çıxartdı (VİDEO+YENİLƏNİR)
Mixeil Saakaşvili azadlığa çıxarılıb.

ANN.Az xəbər verir ki, sabiq Gürcüstan prezidentinin tərəfdarları Ukrayna güc strukturlarına məxsus mikroavtobusu mühasirəyə alaraq onun hərəkətinə mane olublar. Daha sonra isə Saakaşvilini azadlığa çıxarıblar. 

Sabiq prezident tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.
 
 
15:21 
 
"Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvilinin etiraz aksiyalarını keçirməkdə məqsədi Ukraynada hakimiyyəti ələ keçirmək və hüquqmühafizə orqanları tərəfindən Viktor Yanukoviçin.və Sergey Kurçenkonun  cinayətkar qruplaşmasının təqibinin qarşısını almaq olub.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə brifinqdə Ukraynanın baş prokuroru Yuriy Lutsenko deyib.

Baş prokuror bildirib ki,  Saakaşvilinin ətrafı Rusiyadan 500 min dollara yaxın pul alıb.

 "Saakaşvili pulları biznesmen Sergey Kurçenkodan öz partiyasının Kiyev şöbəsinin rəhbəri Severion Danqadze vasitəsilə alıb. Danqadze dünən həbs edilib. Kurçenko Rusiya Federal Təhlükəsizlik Xidməti ilə sıx bağlı olub”.
 
 
13:06 
 
Saakaşvili hakimiyyəti devirməyə cəhddə ittiham olunur. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Pavel Boqomazov məlumat verib. "Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur", - vəkil deyib.

Başqa bir məlumata görə isə Saakaşviliyə qarşı cinayətkar təşkilatların iştirakçılarına kömək göstərmək və onların cinayətkar fəaliyyətlərini gizlətmək maddəsi üzrə ittiham irəli sürülüb. Bbarədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidmətindən bildirilib. Onun dindiriləcəyi planlaşdırılır.
 
 
11:53 
 
Gürcüstanın sabiq prezidenti, "Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili mənzilinə Ukraynanın Təhlükəsizlik xidmətinin əməkdaşları gəldiyi üçün yaşadığı evin damına çıxıb, özünü səkkizinci mərtəbədən atacağını bildirib.

Oxu.az-ın məlumatına əsasən, bu barədə "1+1" telekanalı məlumat yayıb.

"Hazırda Saakaşvili evin damındadır və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi ona toxunsalar, özünü damdan atacağını deyir”, - deyə məlumatda bildirilir.

***

11.11

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Kiyevdəki mənzilinin qapısı sındırılır.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxın dostu, baş prokurorun sabiq köməkçisi David Sakvarelidze özünün "Facebook" səhifəsində yazıb.

"Mixeil Saakaşvilinin evinin qapısını sındırırlar! Kostelnaya küçəsi!”, - Sakvarelidze yazıb.

"NewsOne" telekanalına müsahibəsində o, qapının Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən sındırıldığını ehtimal edib. 


www.ann.az

Xəbər lenti