Saakaşvili axtarışa verildi

Saakaşvili axtarışa verildi
Ukrayna höküməti sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili barədə axtarış qərarı verib.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prokurorluğunun sözçüsü Larisa Sarqan sosial media hesabından açıqlama verərək cinayətə təşəbbüs, mütəşəkkil cinayətkarlıq, cinayətkar təşkilat üzvlərinə kömək etmə və cinayətləri gizlətmə şübhəsi ilə Saakaşvili barədə axtarış qərarının verildiyini bildirib. Proses Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçiriləcək. 

Qeyd edək ki, dünən Mixail Saakaşvilinin evində axtarış tədbirləri həyata keçirilmiş, o evin damına çıxaraq həbs ediləcəyi təqdirdə özünü atacağını demişdi. Daha sonra polis tərəfindən tutulan sabiq prezident tərəfdarları tərəfindən azad edilmişdi.

 


www.ann.az

Xəbər lenti