Rusiyada bir azərbaycanlı ailə məhv oldu (YENİLƏNİB/FOTO/VİDEO)

Rusiyada bir azərbaycanlı ailə məhv oldu (YENİLƏNİB/FOTO/VİDEO)
Artıq yanğın zamanı ölənlərin adları müəyyənləşib.
 
ANN.Az xəbər verir ki, bunlar Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) adlı şəxsdir.

Yanğın zamanı Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü) və İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıb. 

***

Rusiyanın Orenburq şəhərində yaşayış binalarından birində güclü yanğın hadisəsi baş verib. 

ANN.Az xəbər verir ki, yanğın nəticəsində azərbaycanlı ailənin ikisi uşaq olmaqla 4 nəfər ölüb.

Həmçinin ikisi uşaq olmaqla 5 nəfər xəsarət alıb. Yaralı şəxslər xəstəxanaya yerləşdirilib. 

 








www.ann.az

Xəbər lenti