Rusiya Xəzərdə antiterror təlimləri keçirir

Rusiya Xəzərdə antiterror təlimləri keçirir
Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti antiterror təlimləri keçirib.

Oxu.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha hücumunun qarşısını alıb.

Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib ki, təlimlərin planına əsasən, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edərək, Xəzər donanmasının qərargahını zəbt etməyə çalışır. Təlimlər zamanı hücumun qarşısı alınıb, şərti düşmən isə məhv edilib.

Təlimlərdə 50-dən çox hərbçi iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində isə Xəzər hərbi donanmasının dəniz piyadalarından ibarət dəstə çıxış edib.

www.ann.az

Xəbər lenti