Rusiya Polad Bülbüloğlunu dəstəklədi

Rusiya Polad Bülbüloğlunu dəstəklədi
Moskva YUNESKO-nun baş direktorluğuna seçkilərdə Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir.

Oxu.az-ın məlumatına əsasən, bu barədə TASS-a Rusiyanın XİN rəhbərinin müavini Gennadiy Qatilov bildirib.

"Seçkilər bazar ertəsi baş tutacaq və bir neçə mərhələdə keçiriləcək, - deyə o bildirib. – Biz hələlik Azərbaycan tərəfindən irəli sürülən namizədi dəstəkləyirik, daha sonra isə vəziyyətə baxılacaq”.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Təhsil, Elm və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının baş direktoru vəzifəsinə rəsmən namizəddir. Onun namizədliyi Azərbaycan tərəfindən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edilib. 

www.ann.az

Xəbər lenti