Rusiya FTX-si "Palmali"də yoxlamalara başladı

Rusiya FTX-si
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iqtisadi təhlükəsizlik şöbəsinin əməkdaşları "Palmali" şirkətlər Qrupunun Rusiya qanadında yoxlamalara başlayıb.

ANN.Az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, "Palmali" 1,2 milyard rubl civarında vergidən yayınma və maliyyə vəsaitlərinin qeyri-qanuni şəkildə ölkədən çıxarmaqda ittiham olunur.

Qeyd olunur ki, buna qədər "Palmali"nin Rostov bölməsinin direktoruna qarşı cinayət işi qaldırılıb. Aleksey Mixaelev gəmi daşımaları ilə əldə olunan gəlirlərlə bağlı sənədləri saxtalaşdırmaqda, gəlirlərin gizlədilməsində ittiham olunur.
 


www.ann.az

Xəbər lenti